Sağlamlıq

Lənkəran səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər - VİDEO

17 İyun 2013 15:25
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, mərasimdə bir qrup səhiyyə işçisinə Lənkəran Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Rayon Xəstəxanasının diplom və qiymətli hədiyyələri təqdim olundu.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər. Təşkil olunan mərasimi giriş sözü ilə açan Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edərək, bildirdi ki, ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, hər il iyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Vurğulandı ki, prezident cənab İlham Əliyevin Lənkərana etdiyi son səfəri zamanı Mərkəzi Xəstəxananın təmir edilməsilə bağlı verdiyi taprışıq artıq başa çatmaq üzrədir. 1000-ə yaxın tibb işçisinin çalışdığı Lənkəran Mərkəzi Rayon Xəstəxanası yaxın zamanda Avropa standartlarına uyğun və ən son tibbi avadanlıqlarla təchiz olunaraq tibb işçilərinin istifadəsinə veriləcək. Səhiyyə ocağında əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi nəzərdə tutulub.

Daha sonra çıxış edənlər son illərdə ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində bu sahədə səmərəli islahatların aparıldığını və bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdılar. Səhiyyə işçiləri öz növbələrində bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər. Sonra bir qrup səhiyyə işçisinə Lənkəran Mərkəzi Rayon Xəstəxanası və İcra Hakimiyyətinin diplom və qiymətli hədiyyələri təqdim olundu.

Mərasim rəsmi hissədən sonra yerli incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdi.

Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.