Sərgilər

Azərbaycanda turizm zonalarının Baş inkişaf planları hazırlanacaq

1 Sentyabr 2016 20:27
0 Şərh     Baxış: 11 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda turizm və rekreasiya zonalarının Baş inkişaf planları hazırlanacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda nəzərdə tutulur.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planlarını hazırlayıb təsdiq etmək və onların pasportlarının dövlət qeydiyyatına alınmasını təmin etmək, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm potensialı olan məkanlara turistlərin cəlb edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin təklifləri əsasında Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2016-2017-ci illər üzrə fəaliyyət planını hazırlayıb təsdiq etməli və zəruri maliyyələşməni təmin etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.