Sərgilər

Bakıda Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri keçiriləcək

31 May 2016 14:37
Baxış: 11 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1-4 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan 23-cü Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil&Gas 2016" sərgi və konfransı keçiriləcək. Artıq iyirmi ildən çoxdur ki, sərgi etibarlı işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalı müqavilələrin imzalanması və layihələrin uğurlu icrası üçün münasib platforma kimi xidmət göstərir və hər il bu sərgini 10 min nəfərdən çox yerli və xarici mütəxəssis ziyarət edir. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, "Caspian Oil&Gas" sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. Sərgi və Konfransın təşkilatçıları qismində "Iteca Caspian" və onun böyük britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

Hər il "Caspian Oil & Gas" sərgi və konfransına yüksək vəzifəli qonaqlar gəlir və tədbirin rəsmi açılış mərasimində iştirak edirlər. Bu il isə "Caspian Oil&Gas" sərgi və konfransının VİP səviyyəli qonaqları arasında enerji siyasəti üzrə katib köməkçisinin müavini, Energetika Bürosu (ABŞ), xanım baronessa Emma Nikolson, Böyük Britaniyanın baş nazirinin xüsusi nümayəndəsi, xanım Mariam Valişvili, Gürcüstanın energetika nazirinin müavini, "Uzbekneftegaz", "Gazprom","Gazpromneft Sakhalin", "BP", "Statoil" və digər şirkətlərinin yüksək rütbəli qonaqlar.

Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrdən şirkət bir araya gələcək. İtaliya və Almaniya isə sərgidə öz milli pavilyonları ilə iştirak edirlər. İştirakçıların ümumi sayının 15%-ni təşkil edən debütantlar arasında Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alır. Sərgidə ekspozisiya sahəsinin 63,7%-ni xarici iştirakçılar tutur.

Azərbaycanın aparıcı şirkətlərini və neft-qaz sənayesinin liderlərini ehtiva edən sponsorlar tərkibi tədbirin statusunu vurğulayır. "Caspian Oil&Gas 2016" sərgisinin baş sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində "BP" və "Petronas" şirkətləri, gümüş sponsorlar qismində isə "Bos Shelf" şirkəti çıxış edir. Digər sponsorlar "Azeri M-I Drilling", "Caspian Marine Services", "Caspian Drilling Company", "Global Energy", "GMS", "AZFEN J.V.", "Hidromaşservis", "RussNeft", "SOCAR Polymer", "Tekfen Construction" şirkətləri var. Sərgi və konfransın baş KİV tərəfdaşı "Caspian Energy International Media Group" şirkətidir. "Caspian Oil & Gas" aparıcı xarici informasiya agentlikləri, jurnal və nəşrlər tərəfindən dəstəklənir.

Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq (servis) xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya istehsalını və kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.

"Iteca Caspian" şirkəti Azərbaycanın milli sənətkarlıq və bədii incəsənət ənənələrinin dəstəklənməsi proqramını bu il də davam etdirir, belə ki, "Caspian Oil&Gas" sərgisi çərçivəsində bütün qonaqlara bir stend təqdim olunacaq və onun üzərində Azərbaycanın milli qadın baş örtüyü olan "kəlağayı" və "Damla" Xeyriyyə Cəmiyyətinin bədii rəsm əsərləri nümayiş etdiriləcək.

23-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı

2-3 iyun tarixində "JW Marriott Absheron Baku" otelində keçiriləcək "Caspian Oil&Gas" beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Bu il konfransda aşağıdakı əsas mövzular müzakirəyə çıxarılacaq: "Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu", Şah Dəniz - 20 illik uğur və gələcəyə baxiş", "İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi", "Azərbaycanın enerji ehtiyatları bazasının genişləndirilməsi", "Neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması, "Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi", "Azərbaycanda neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf perspektivləri".

Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndə iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən 40 nəfərdən çox natiq, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış edəcəklər. "Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu" mövzusuna həsr olunan plenar iclasda Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev iştirak edəcək. Həmçinin, konfransda Rövnəq Abdullayev, SOCAR-ın Prezidenti, Qordon Birel, Reqional prezident, BP Azərbaycan - Gürcüstan - Türkiyə, Marko Alvera, Baş icraçı direktor, Snam, Djeremi Hak, Baş icraçı direktor, Nobel Upstream və digər öz məruzələri ilə çıxış edəcəklər.

Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. 6-cı iclas çərçivəsində mütəxəssislər kadr siyasəti və sosial məsuliyyət, istedad axtarışı sistemlərinin inkişafı, əməkdaşların daha səmərəli fəaliyyətinə kömək edən təlim proqramları və digər texnologiyalar barədə bazar iştirakçılarının öhdəliklərini, eləcə də səmərə qiymətləndirmə sistemlərinin qurulmasını, kadr ehtiyatının yaradılmasını və bir sıra digər mövzuları müzakirə edəcəklər. İclasın sədri qismində SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə Vitse-prezidenti Xaliq Məmmədov çıxış edir. Həmçinin, məruzəçilər arasında "BP", "SAP" və "Petronas" şirkətlərinin, Bakı Ali Neft Məktəbinin nümayəndələri var.

Bu il konfrans sponsorlarının tərkibi də xeyli genişdir. Belə ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Tədbirin qızıl sponsorları "BP", "General Electrics" və "Snam" şirkətləri, gümüş sponsorlar "Inpex" və "McDermott" şirkətləri, bürünc sponsorları isə "Caspian Geophysical", "Dentons", "Nobel Upstream", "SAP", "Schlumberger", "Statoil", "Total" və "GMA Petroleum" şirkətləridir.

"Caspian Oil&Gas" sərgi və konfransının ən son xəbərləri operativ surətdə www.cog.az və www.oilgasconference.az rəsmi veb-saytlarında yerləşdiriləcəkdir. Sərgi və konfransla əlaqədar bir sıra dərgi nəşr olunacaq və onların arasında sərgi iştirakçılarının ətraflı təsvirini və onların əlaqə məlumatlarını ehtiva edən rəsmi sərgi kataloqu ilə yanaşı, məruzəçilərin tərcümeyi-hallarını və iştirakçıların fəaliyyət istiqamətlərini təsvir edən konfrans materialları da var. Həmçinin, bu il "Caspian Oil and Gas" rəsmi qəzetinin üç nömrəsi işıq üzü görəcək və bu dəfə də iştirakçı və ziyarətçiləri maraqlı reportajlarla sevindirəcəkdir. "Daily News: Caspian Oil&Gas 2016" qəzetinin sponsoru "Azeri M-I Drilling Fluids" şirkətidir.

Beləliklə, sərgi və konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir.

TƏRƏFDAŞLAR/ TƏŞKİLATÇILAR

Konfrans və Sərgilərin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən "ITE Group" şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən "ITE London", "EUF" (Türkiyə), "GIMA" (Almaniya), ITE (Moskva), ITE (Çin), "ITE Gulf" (Dubay), ITE Polşa və ITE (Malayziya) şirkətləri cəlb olunublar. Artıq 11 ildir ki, "Caspian Oil&Gas" sərgisi Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) fərqlənmə nişanına layiq görülür. "UFI tərəfindən təqdir olunur" nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir. 2016-cı ildə "Iteca Caspian" şirkətinin tərəfdaşları arasında "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi "Premier Tour" şirkətləri, o cümlədən "Sheraton hotel" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), eləcə də "AzExpoMontage" (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.