Sərgilər

6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisi

17 Mart 2016 11:21
Baxış: 5 956

11-13 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində 6-cı Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016"  sərgisi start götürəcək. "Road&Traffic 2016"  sərgisi yol-tunel layihələndirilməsi və inşası, eləcə də yol təhlükəsizliyi, ictimai nəqliyyat və intellektual nəqliyyat sistemi üzrə peşəkarları bir arada toplayan regionun aparıcı ixtisaslaşdırılmış tədbiridir. "Road&Traffic 2016"  sərgisinin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

"Road&Traffic 2016" sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri (İİS), avtobuslar və s. üzrə xidmətlər təklif edəcək.

"Road&Traffic 2016"  sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşmək üçün ideal şəraiti təmin etməklə yanaşı, təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi, eləcə də perspektiv müqavilələrin imzalanması və ölkənin yol-tikinti bazarına investisiya yatırılmasına imkan yaradacaq.

Keçirildiyi ilk gündən etibarən sərgi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat  "Road&Traffic" sərgisi 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi "TransCaspian 2016"  və 3-cü Xəzər beynəlxalq Kater və Yaxtalar "CIBS 2016" sərgiləri ilə eyni meydançada keçiriləcək.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.