Sərgilər

Qadınlar Bakıda 8 Mart bayramı ilə əlaqədar sərgi təşkil ediblər

7 Mart 2016 11:30
1 Şərh     Baxış: 6 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Azərbaycan və türk qadınlarının əl işlərindən ibarət xeyriyyə sərgisi təşkil edilir.

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə hər il ənənəvi olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan və Türkiyə qadınlarının əl işlərindən ibarət ənənəvi xeyriyyə sərgisi təşkil edilir.

Fonddan Milli.Az-a bildiriblər ki, artıq 13-cü dəfə təşkil edilən bu dəfəki xeyriyyə sərgisindən əldə olunacaq gəlir ehtiyacı olan insanlara, xüsusən xəstə və əlil uşaqların müalicəsinə sərf ediləcəkdir.

Bu dəfə "Bir həyata yol ver!" şüarı adı altında keçirilən sərgi Bakı şəhəri, Cəfərov qardaşları küçəsi 16 ünvanında ("Təzə bəy" hamamının yaxınlığında) yerləşən Gəncliyə Yardım Fondunun konfrans zalında keçirilir. Sərgiyə martın 8-də axşam yekun vurulacaq.

Pünhan Mirzə
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.