Sərgilər

2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar sərgisi keçiriləcək

1 Aprel 2015 13:20
Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Ekspo Mərkəzində kater, yaxta, müxtəlif növ dəniz avadanlıqları, yaxt-klublar, su idmanı, su nəqliyyatı və s. bu kimi sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən Xəzər regionunun yeganə ixtisaslaşdırılmış tədbiri - 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar ("CIBS 2015") sərgisi də "AITF" sərgisi ilə paralel təşkil olunacaq. Kater və Yaxtalar sərgisinin su-idman növlərinin inkişafına təkan verən 1-ci Avropa Oyunlarının 2015-ci ildə açılışı ərəfəsində təşkil olunması isə olduqca aktualdır.

"CIBS 2015" sərgisinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşir. Sərginin iştirakçıları arasında Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, "Arcadia Marine House", Azərbaycan Üzgüçülük Federasiyası, "Baku Marine Service", "Regal Boats", "Seagull Caspian" və digər şirkətlər yer alırlar. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir. Sərgi su-motor texnikasını, eləcə də aktiv istirahət üçün müvafiq məhsulları, habelə sənayenin ən son texnoloji nailiyyətlərini peşəkar, həvəskar və ziyarətçilərə təqdim edəcək.

DƏSTƏK VƏ TƏŞKİLATÇILAR

AITF sərgisi "UFI" Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. AITF, HOREX Caucasus və CIBS sərgilərin iaşə xidmətləri üzrə rəsmi tərəfdaşı "Seaport Catering" şirkətidir. 2015-ci ildə "Iteca Caspian" şirkətinin tərəfdaşları arasında "SafeLife" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və rəsmi səyahət agentliyi "Greenwich Travel Club" şirkətləri, o cümlədən "Jumeirah Bilgah Beach Hotel Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), eləcə də "AzExpoMontage" (stend quraşdırma üzrə tərəfdaş) şirkəti yer alır.

Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" və onun Böyük Britaniyadan olan tərəfdaşı "ITE Group Plc." şirkətləri çıxış edirlər. Sərgidən ən son xəbərlər operativ şəkildə sərgilərin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrində yerləşdiriləcək. Sərgilər üçün iştirakçıların rəsmi kataloqu ilə yanaşı, sərgi iştirakçıları və sərgidəki tədbirlər barədə məlumatların dərc olunacağı "Daily News AITF 2015" rəsmi qəzeti də işıq üzü görəcək. Sərgi ziyarətçilərinin rahatlığı üçün metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz işləyən komfortlu avtobuslar ayrılıb. Təşkilatçılar veb-saytında "onlayn" qeydiyyat xidmətindən aktiv şəkildə istifadə etməyi tövsiyə edirlər. Bir neçə dəqiqə davam edən bu prosedur Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən vaxta xeyli qənaət etməyə imkan verir.

Həmçinin, sərgi iştirakçıları öz stendlərində təqdimat və seminarlar, eləcə də müxtəlif lotereya və istirahət biletlərinin (putyovkaların) oynanılmasını təşkil edəcəklər. Beləliklə, sərgi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilməklə öz qapılarını 2-3 aprel tarixində yalnız turizm peşəkarlarının, 4 aprel tarixində isə bütün səyahət həvəskarlarının üzünə açacaq. Eyni zamanda, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə nümayiş etdirəcəkdir ki, bu da Azərbaycanın turizm təmayülü kimi məşhurlaşmasına xidmət edəcək.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.