Sərgilər

Bu il "BakuBuild" sərgisində rekord sayda şirkət iştirak edəcək

21 Oktyabr 2014 16:40
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu il 22-25 oktyabr tarixlərində keçiriləcək 20-ci yubiley Azərbaycan Beynəlxalq "İnşaat" ("BakuBuild 2014") sərgisində dünyanın 29 ölkəsindən 490 sərgi iştirak edəcək ki, bu da rekord göstəricidir".

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə sərginin meneceri Maya Qafarlı bildirib.

M.Qafarlı deyib ki, bu il sərgidə Portuqaliya, Macarıstan, İspaniya, İran, BƏƏ, İtaliya və Almaniyadan 7 milli qrup iştirak edəcək. Macarıstandan olan qrup sərgidə ilk dəfə iştirak edəcək.

Onun sözlərinə görə, ən çoxsaylı sahibkarlar qrupları İtaliya (74 şirkət), Almaniya (21 şirkət) və BƏƏ-dən (19 şirkət) olan qruplardır. Həmçinin Türkiyə (42 şirkət), Yunanıstan və Çindən olan şirkətlər böyük tərkiblə çıxış edəcəklər: "Xəzər regionu bazarında öz məhsullarının irəliləyişi üçün BakuBuild-i start meydançası kimi seçən debütantlar iştirakçıların ümumi sayının 48 faizini təşkil edir".

Sərginin meneceri əlavə edib ki, aralarında inşaat sektorunda xidmət göstərən istehsalçıların, tənzimləyicilərin, konsaltinq şirkətlərinin olduğu Azərbaycan şirkətləri eksponentlərin 40 faizini təşkil edir.

M.Qafarlının sözlərinə görə, bundan əlavə, sərgidə üzlük materiallar sektorunda yenilik gözlənilir - Yaponiya istehsalçıları tərəfindən vulkanik tozdan istehsal edilən üzlük materialların nümayişi gözlənilir.

Qeyd edək ki, "BakuBuild" tikinti sahəsində Xəzəryanı regionun ən böyük tədbiridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.