Sərgilər

"Startup Weekend Baku" tədbirinə "Bakutel" sərgisindən dəstək

18 Aprel 2014 11:40
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
18-20 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində "Startup Weekend Baku" tədbiri keçiriləcək (sözügedən tədbir bu günə kimi dünyanın 200-dən çox şəhərində keçirilmişdir).

Bu tədbir çərçivəsində sahibkarlar, ideya müəllifləri və marketoloqlar, eləcə də dizayner və proqramçılar komanda şəklində toplanaraq münsiflər heyətinə öz yeni layihələrini təqdim edəcəklər.

Milli.Az xəbər verir ki, tədbirin təşkili Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya texnologiyaları" ("Bakutel") sərgi və konfransı tərəfindən dəstəklənir.

İKT sahəsinin nəinki Azərbaycanda, eləcə də bütün regionda ən iri tədbiri olan bu sərgi və konfrans çərçivəsində öz ixtira, proqram və xidmətlərini təqdim etmələri üçün gənc mütəxəssislərə lazımı şəraitin yaradılması isə məhz "Bakutel" sərgisinin qoyduğu ənənədir.

Artıq bir neçə ildir ki, "Bakutel" sərgisində "startap"çılara böyük diqqət ayrılır, belə ki, öz layihə və ideyalarını mütəxəssis və investorlardan ibarət geniş auditoriyaya nümayiş etdirə bilmələri üçün "startap"çılara həm Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həm də sərgi təşkilatçılarının təşəbbüsü ilə xüsusi stendlər ayrılır.

Bu imkandan isə məhz "Startup Weekend Baku" tədbirinin qalibi faydalana biləcək, belə ki, mükafat qismində qalibə 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək "Bakutel 2014" sərgisində ayrıca stendlə iştirak etmək üçün sertifikat təqdim olunacaqdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.