Avropa

Azərbaycanlı qəhrəmanlar - Polşada - FOTO

9 Dekabr 2016 16:50
0 Şərh     Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Polşada Azərbaycan Qəhrəmanları" adlı kitabça nəşr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə,  Polşada Azərbaycanlı Gənclər Şurasının dəstəyi ilə "Polşada Azərbaycan Qəhrəmanları" adlı kitabça nəşr edilib. Kitabçada iki azərbaycanlı qəhrəman haqqında məlumat verilib.

İngilis dilində nəşr olunan kitabça 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusu və 1923-1945-ci illərdə Polşa ordusu sıralarında xidmət etmiş polkovnik Vəli bəy Yadigar və Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev haqqındadır.

Polşadakı Azərbaycanlı Gənclər Şurasının baş katibi Rəsul Məmmədov deyib ki, qısa zamanda "Polşada Azərbaycan Qəhrəmanları"nın polyak dili versiyası da nəşr olunacaq. O, ktabçanın Azərbaycan və Polşa dövlətləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verilən kiçik töhfə olduğunu bildirib.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.