Elm

"Azərbaycandakı bacarıqlı tələbələr yanıma gələ bilərlər" - Nobel mükafatçısı

12 İyun 2017 13:02
0 Şərh     Baxış: 1 532

Biz bir millət, iki dövlətik. Azərbaycanda olduğum üçün çox sevincliyəm.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbacyanda səfərdə olan kimya üzrə Nobel mükafatçısı, professor, türkiyəli Aziz Sancar deyib.

Azərbaycanı türklərin vətəni kimi gördüyünü deyən A.Sancar bildirib ki, bütün türklərin Azərbaycana xüsusi sevgisi var: "İnşallah, Azərbaycan elminə fayda verməyə çalışacağam. Azərbaycandakı bacarıqlı tələbələr yanıma gəlib elmlə məşğul ola bilərlər. İmkan olduqca buranı ziyarət edib, azərbaycanlı tələbələri elmə təşviq edəcəyəm".

Professor qeyd edib ki, Nobel qazanmaq üçün elmə sərmayə qoymaq və təməl araşdırmanı dəstəkləmək lazımdır: "Avropadan, Amerikadan idxalla elm olmaz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.