Elm

Dünyanın 4 seçilmiş insanından biri - Obama ilə görüşən azərbaycanlı qız - FOTO

28 İyul 2016 12:36
2 Şərh     Baxış: 3 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərəngiz Hüseynova MIT Qlobal Sahibkarlıq Tədris Düşərgəsinə qəbul olunub və dünya üzrə tam təqaüd qazanan yalnız dörd iştirakçıdan biri seçilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o, bu yaxınlarda ABŞ-ın Silikon Vadisində təşkil olunan Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edib. Zərəngiz bizimlə öz təəssüratları ilə bölüşüb:
 
"GES tədbirinin bir hissəsi olmaq, həqiqətən, ruhlandırıcı idi. Yalnız prezident Obama, dövlət katibi Con Kerri və Google, Facebook, YouTube və Uber kimi şirkətlərin təsisçiləri və rəhbərləri kimi insanlarla görüşdüyümə görə yox, daha çox bütün dünyanın digər iştirakçıları ilə görüşmək şansı əldə etdiyimə görə! Mən bir çox beynəlxalq konfranslarda iştirak etmişəm, lakin belə müxtəlifliyi heç bir tədbirdə görməmişəm. Onların hamısı ala biləcəyiniz ən güclü, motivasiya verən bir mesajı çatdırmaq üçün bir araya gəldilər, xüsusilə inkişaf etməkdə olan ölkənin bir qızı olaraq: "Kim olduğunuzdan və haradan gəldiyinizdən asılı olmayaraq, siz, sadəcə, öz arzularınızın dalınca getməkdən savayı, həm də onları həyata keçirməyin və milyonlarla insana böyük təsir göstərməyin öhdəsindən gələ bilərsiniz!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.