Elm

Doktorantlara verilən mövzulara nəzarət artıb

12 Fevral 2016 09:17
0 Şərh     Baxış: 1 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Doktorantlara o qədər də aktual olmayan, çox bəsit mövzuların verilməsi halları müşahidə olunurdu, elmi mövzuların seçilməsinə çox səthi yanaşılırdı. Amma son 2-3 ildə biz bunun qarşısını çox ciddi şəkildə almaq istəyirik".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov deyib.

Ə.Sadıqov qeyd edib ki, AMEA-nın Rəyasət Heyətində (RH) doktoranturaya qəbulun nəticələrinin müzakirə edilərək təsdiqlənməsinin uzanmasının səbəbi də məhz bu problemlə bağlıdır.

AMEA rəsmisi bildirib ki, əvvəlki illərdə doktoranturaya qəbulun nəticələri RH tərəfindən bir gün ərzində təsdiqlənirdi. Elmi araşdırmaların mövzuları isə ciddi şəkildə müzakirə olunmurdu. İndi isə mövzular institutun Elmi şuralarında müzakirəyə çıxarılır, daha sonra Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına göndəririlir. Mövzu şurada müzakirə edildikdən sonra AMEA-nın müvafiq elmi bölməsinə göndərilir. Elmi bölmədə keçirilən müzakirədən sonra mövzu AMEA-nın Rəyasət Heyətində müzakirəyə çıxarılır: "Doktorant dörd dəfə dinlənilir. Bu müzakirələrin hər biri şəxsən doktorantın özünün və alimlərin iştirakı ilə aparılır. Hər bir doktorantın mövzusunu AMEA-nın prezidenti şəxsən həmin bölmənin akademik-katibi, institutun direktoru, onun elmi rəhbəri, həmin ixtisas üzrə alimlərin iştirakı ilə birgə müzakirə edir".

Ə.Sadıqov qeyd edib ki, son 2-3 ildə mövzuların düzgün seçilməsi ilə bağlı artıq müəyyən nailiyyətlər əldə edilib. Mövzular daha müasir elm sahələrinə, problemlərə həsr edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.