Təhsil

Azərbaycanlı şagirdlərin hazırladığı robotlar beynəlxalq müsabiqəsdə qızıl medal qazandı - VİDEO - FOTO

18 Aprel 2017 13:20
0 Şərh     Baxış: 491

Qazaxıstanın Almatı şəhərində keçirilən 15-ci "International Computer Project Olympiada-2017" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində Azərbaycan komandası iştirak edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan komandasının rəhbəri, informatika müəllimi Rövşən Zeynalov bildirib ki, "İnforMatrix" beynəlxalq layihə olimpiadası informatika fənni üzrə keçirilir. Müsabiqə dünyanın üç müxtəlif yerində Asiya, Amerika və Avropada keçirilir. Amerika və Asiya qitələrində birinci mərhələlər keçirilir, daha sonra yekun müsabiqə Ruminiyada keçirilir: "Biz keçən il də müsabiqəyə qatılmışdıq. Keçən il Rumıniyada final mərhələsinə qatılımışdıq. Bu il isə dəyişiklik etdik və Asiyada qatıldıq. Asiyada 20-yə yaxın ölkə iştirak edirdi. Orada yalnız bizim qatıldığımız kateqoriyada deyil, İKT sahəsi üzrə müxtəlif kateqoriyalardan olan layihələr var idi. Biz də gələcəyin sahəsi olan robotiks üzrə qatıldıq. İki ay çalışdıq. Nəticədə Azərbaycan komandası 4 qızıl, 2 gümüş 8 bürünc medal qazandı".

Müsabiqənin qızıl mükafatçısı Nurhan Mustafazadə bildirib ki, robotiks üzrə qatıldıqları yarışmada qızıl medalla qayıdıb və xarici ölkədə Azərbaycan bayrağını dalğalandırmaqdan qürur hissi keçirib.
Rəsul Salamov isə bildirib ki, məqsədləri birinci yer tutmaq olub və buna nail olaraq Azərbaycana qızıl medalla qayıdıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı şagirdlərin hazırladığı robotlar beynəlxalq müsabiqəsdə qızıl medal qazandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.