Təhsil

“Qafqaz”da oxuyanların diplomları tanınacaqmı? - "Bizə aidiyyəti yoxdur" - YENİLƏNİB

12 Yanvar 2017 13:25
6 Şərh     Baxış: 4 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:25

Azərbaycanda fəaliyyət göstərən "Qafqaz" Universiteti Türkiyə Yüksək Təhsil Şurasının bu universitetin diplomlarının tanınmamasına dair qərarına münasibət bildirib.

Milli.Az xəbər verir ki, Universitetin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rza qafqazinfo-ya açıqlamasında qeyd edib ki, qərarın onlara aidiyyəti yoxdur:

"Biz SOCAR-ın nəzdində Beynəlxalq Təhsil Mərkəzinin universiteti kimi fəaliyyət göstəririk. İndiyə kimi diplomların tanınmaması ilə bağlı nə Türkiyə Yüksək Təhsil Şurasından, nə də ki səfirlikdən bizə rəsmi məktub daxil olmayıb".

Rektorluqdan isə bildirilib ki, onlara da belə bir qərar daxil olmayıb:

"Biz fəaliyyətimizi Beynəlxalq Təhsil Mərkəzinin nəzdində davam etdiririk. Heç bir problem yoxdur".

---------

11:46

Türkiyənin Yüksək Təhsil Şurası bir sıra xarici ölkələrdə FETÖ-yə (Fətullahçı Terror Örgütü) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu sırada Avstraliya və Polşadan 3, İraq, Albaniya və Kolumbiyadan 2, Türkmənistan, Qazaxıstan, Azərbaycan, İndoneziya, Belçika, Rumıniya, Qırğızıstan, Gürcüstan və Bosniya-Hersoqovinadan hərəsindən 1 olmaqla universitetlər daxildir.

Azərbaycandan bu siyahıya Qafqaz Universiteti daxil edilib. Şuranın qərarına əsasən, universitetin 2016-cı ilə qədər məzunlarına verdikləri diplomlar, habelə 2015-2016 tədris ilinə qədər Qafqaz Universitetinə qəbul olunanların diplomları Türkiyə tərəfindən tanınmayacaq. Yalnız 2016-2017 tədris ili və bundan sonrakı illər üçün universitetə qəbul olunan tələbələrin diplomları tanınacaq. Yüksək Təhsil Şurası bunu onunla əsaslandırır ki, ötən il Azərbaycan hakimiyyəti FETÖ ilə mübarizə çərçivəsində Qafqaz Universitetinin rektorunu və professor-müəllim heyətini dəyişdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.