Təhsil

Müəllimlərin maaşı 4 dəfə artırıla bilər

9 Fevral 2016 13:26
Baxış: 3 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təhsil Nazirliyi gələn ildən müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindədir". 

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov ANS TV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, indi abituriyentlər müəllim peşəsini seçməkdə maraqlı deyillər: "Əgər əvvəllər uğurlu məzunun böyük hissəsinin iddiası müəllim olmaq idisə, son 20 ildə biz müşahidə edirik ki, bu məzun daha çox hüquqşünas, iqtisadçı, dövlət məmuru və s. kimi peşələrə daha çox üstünlük verməyə başladı. Və peşə seçiminə "bunların heç biri alınmasa mən müəllim olmağa da hazıram" fikri ilə yanaşır".

Onun sözlərinə görə, abituriyentlərin müəllimlik ixtisaslarına marağını artırmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub: "Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd veririk".

Hazırda Azərbaycanda müəllimlər orta hesabla 200-250 manat maaş alırlar. Ölkədə orta maaşın 450 manat olduğu nəzərə alınarsa, bu, orta məktəb müəllimlərinin maaşlarının 900 manata qədər artırılması deməkdir. Yəni nazirin dedikləri həyata keçərsə, Azərbaycanda müəllimlərin maaşları 4 dəfəyə qədər arta bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.