Cəmiyyət

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb

8 Avqust 2014 10:36
0 Şərh     Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, həmin yerlərə ixtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılacaq.
 
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar. Eyni zamanda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı bu gündən "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.
 
Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 35995 abituriyent iştirak edib. Onlardan 33623 nəfər ali təhsil müəssisələrinə qəbul olub. Qəbul olmuş abituriyentlərdən 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.