Cəmiyyət

Azərbaycanda şagirdlər üçün alternativ dərsliklər yaradılacaq

23 Noyabr 2013 13:08
0 Şərh     Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda şagirdlər üçün alternativ dərsliklər yaradılacaq

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində deyib ki, kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir:

"Bu isə müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Məsələn, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Kurikulumlara əsaslanan yeni və alternativ dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması bu sahədə görüləsi mühüm işlərdəndir. Bunlarla bərabər, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramları da hazırlanacaqdır".

Nazirin fikrincə, bütün bunlar bizə o imkanları verəcək ki, təhsil alan təkcə bir dərsliyi deyil, daha geniş öyrənmə mənbələri ilə, sınaqdan çıxmış və dünyanın mötəbər nəşriyyatlarının qrifi ilə çap olunan xarici dərslik nümunələri ilə, o cümlədən elektron resurslarla tanış ola bilsin, öyrənməyi öyrənsin, yiyələndiyi biliyi bacarıq və vərdişə çevirsin: "Məktəb isə müəllim mərkəzli deyil, şagird-öyrənən mərkəzli olsun".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.