İqtisadiyyat

Toyota Abşeron Mərkəzi 1 yaşını endirimlərlə qeyd edir

29 İyun 2017 09:00
Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyota-nın rəsmi dileri Toyota Abşeron Mərkəzi iyunun 26-sı 1 yaşını qeyd etdi. Ötən ilin bu vaxtı Toyota Caucasus-un rəhbəri Mitsuro Konişinin, yerli və xarici qonaqların iştirakı ilə keçirilən təntənəli açılış mərasimində Toyota Caucasus-la Toyota Abşeron Mərkəzi arasında dilerlik müqaviləsi imzalandı. Beləliklə, uğurlu iş birliyinin əsası qoyuldu.

Mərkəz artıq bir ildir ki, ilk gündən müştərilərə söz verdiyi komfortu və yüksək xidmət səviyyəsini təqdim edir. Ümumi sahəsi 1000 m2 olan geniş salonda ziyarətçilərə bütün model cərgəsi nümayiş edilir, geniş orijinal ehtiyat hissələri bazası təklif edilir, test-drayv edərək avtomobilləri sınaqdan keçirmək və zəmanət üzrə servisdən yararlanmaq imkanı verilir. Xatırladaq ki, Toyota-nın ustaların işini və bütün təmir prosesini izləməyə imkan verən şəffaf GOLD salon konsepsiyası yalnız Toyota Abşeron Mərkəzində mövcuddur. Üstəlik rahat istirahət zalı da hər zaman ziyarətçilərin xidmətindədir.
Toyota sahiblərinə hər növ təmir xidməti göstərən peşəkar ustalar xüsusi təlimlərdən keçərək sertifikatlar əldə ediblər. Təcrübəli satış mütəxəssisləri isə daima bütün sualları cavablandırmağa, avtomobillər haqqında geniş məlumat verməyə hazırdılar.
Təbii ki, Toyota Abşeron Mərkəzi bu bir ili birlikdə başa vurduğu müştərilərini unutmayaraq özəl günü özəl kampaniya ilə qeyd edir. 31 iyuladək kondisioner sisteminin diaqnostikası və qazının vurulması 50% endirimlə, hərəkət hissəsinin diaqnostikası isə pulsuz həyata keçiriləcək. Üstəlik, öncədən yazılan müştərilər üçün həmişə ehtiyat hissələrinə 5%, xidmət haqqında 10% endirim tətbiq olunur.

Əlavə məlumat üçün zəng edin: +994 12 349 00 60 / *0110

Daha ətraflı http://www.toyota-absheron.az/ saytında.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.