İqtisadiyyat

TAP-ın rəhbərliyi yenidən formalaşdırıldı

27 İyun 2017 18:50
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana məxsus təbii qazın Avropaya nəql edəcək Trans Adriatik Boru Kəmərinin (TAP) rəhbərliyi yenidən formalaşdırılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, Luka Şipati konsorsiumun icraçı direktoru, Uolter Piraeri isə prezidenti təyin edilib.

Qeyd edək ki, L.Şipati bundan əvvəl İtaliyanın "Snam" şirkətində (Avropada təbii qazın utilizasiyası üzrə iri şirkətlərdən biridir) çalışıb, 26 illik iş təcrübəsi var. O, yeni vəzifəsində İan Bradşavı əvəz edib.
U.Piraeri isə bundan əvvəl Belçikanın "Fluxys" şirkətində (Avropada kommunal sektorun idarə edilməsi üzrə aparıcı şirkətlərdən biridir) işləyib, 30 ildən artıq iş təcrübəsi var.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%),SOCAR(20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.