İqtisadiyyat

Avropa İnvestisiya Bankı TAP və TANAP layihələrini maliyyələşdirə bilər

26 İyun 2017 11:14
Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İnvestisiya Bankı (AİB) hazırda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi - Transadriatik (TAP) və Transanadolu (TANAP) qaz boru kəmərlərinin tikintisi layihələrinin maliyyələşdirilməsi imkanlarını qiymətləndirir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Avropa İnvestisiya Bankındakı mənbə deyib.

Mənbə qeyd edib ki, bank bu layihələrə vəsait ayırmaq imkanına baxılması prosesində "due diligence" (investisiya qoyulan obyektlərlə bağlı obyektiv təqdimatın formalaşdırılması üzrə tədbirlər) proseduru çərçivəsində bütün müvafiq məsələləri diqqətlə öyrənir.

O bildirib ki, AİB maliyyələşdirilən bütün layihələrin texniki, iqtisadi, maliyyə, ekoloji və sosial qiymətləndirilmələri zamanı ən yüksək standartları tətbiq edir. Bank, həmçinin bu layihələrin Avropa İttifaqının qanunlarına, milli qanunlara, eləcə də AİB-in sosial standartlarına uyğunluq səviyyəsini dəyərləndirir.

Qeyd edək ki, bundan əvvəl AİB-in Türkiyənin BOTAŞ şirkətinin TANAP layihəsindəki payının maliyyələşdirilməsi üçün bir milyard avro ayıracağı bildirilirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.