İqtisadiyyat

Hindistan loukosteri Azərbaycana aviareys açmağı planlaşdırır

23 İyun 2017 16:11
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın "GoAir" loukoster aviaşirkəti bu ilin sonunadək doqquz istiqamətə yeni uçuşlar həyata keçirməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu reyslər arasında Azərbaycan, Özbəkistan, Qazaxıstan, İran, Çin, Vyetnam, Qətər, Səudiyyə Ərəbistanı və Maldiv adaları yer alır.

Aviaşirkət bu uçuşların həyata keçirilməsi üçün Hindistan hökumətinin icazəsini alıb.

Daha əvvəl uçuşların 14 istiqamətə həyata keçirilməsi planlaşdırılsa da, Küveyt, Oman, Türkiyə və BƏƏ-yə uçuşlara icazə verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.