İqtisadiyyat

Nazirdən dövlət büdcəsinə təkrar baxılması ilə bağlı AÇIQLAMA

22 İyun 2017 19:15
Baxış: 1 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2017-ci il Azərbaycanın dövlət büdcəsinə təkrar baxılması bank və maliyyə sisteminin dayanıqlığının təmin olunması zərurəti ilə əlaqədardır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müvafiq qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, digər səbəblər arasında respublikanın xarici və daxili öhdəliklərinin nizamlanmasının vacibliyi durur.

S.Şərifov qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən avroistiqrazların buraxılması üçün xarici borclanma həddini 4,5 milyard manatadək yüksəltmək planlaşdırılır.

İclasın sonunda dövlət büdcəsinə təkrar baxılması barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Parlamentdəki mənbədən Trend-ə verilən məlumata görə, xərclərin artımı həmçinin Əmanətlərin Sığortalanması Fondu və SOCAR-a əlavə vəsaitlərin ayrılması ilə əlaqədardır. Bundan başqa, dövlət Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin təkrar strukturlaşdırılması üçün 4 milyard manat ayıracaq.

Mənbənin sözlərinə görə, 2017-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 3,591 milyard manat təşkil edib. Bu rəqəm proqnozlaşdırılan 3,473 milyard manatı 3,4 faiz üstələyib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.