İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı toparlanır - geriləmə azaldı

17 İyun 2017 19:13
0 Şərh     Baxış: 521

Bu ilin yanvar-may aylarında Azərbaycanda 25 milyard 338,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9% az ümumi daxili məhsul istehsal edilib.
 
Milli.Az marja.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 2610,3 manata bərabər olub.
 
Xəbər verdiyimiz kimi, 2017-ci ilin yanvar-aprel aylarında ölkədə 20 milyard 139,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz az ümumi daxili məhsul istehsal edilmişdi. Beləliklə, iqtisadiyyatın geriləməsi sürəti azalıb.
 
Qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artıb, neft-qaz bölməsində isə 6,5% azalıb.
 
Bu dövrdə ümumi daxili məhsulun 44,1%-i sənayedə, 10,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,3%-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrində, 14,5%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1%-ni təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.