İqtisadiyyat

Turizm paketlərinin ödəniş qaydaları dəyişir - VİDEO

12 İyun 2017 20:52
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Turizm paketlərinin ödəniş qaydaları dəyişir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Turizm haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən turagentlərə ödəmələr nağdsız qaydada həyata keçiriləcək.

Bu qayda avibiletlərin alışına yox, turpaketlər üçün nəzərdə tutulur. Buna görə də səfərə çıxmaq istəyənlər yaxşı olar ki, özünə plastik kart sifariş versin.

Qanun qəbul edilərsə nağdsız ödənişlər zamanı nə müştəridən, nə də turizm şirkətlərindən nağdsız ödəniş üçün əlava faiz tutulması nəzərdə tutulmur.

Bu qanunun qəbul edilməsi imkan verəcək ki, xarici səfərlər zamanu baş verən dələduzluq hallarının da qarşısı alınsın.

Nağdsız ödəmə qaydası müştərilərə evlərindən istədikləri ölkəyə səfər sifariş verməyə də imkan verəcək.

Videonu izləmək üçün şəklə klikləyin:
Turizm paketlərinin ödəniş qaydaları dəyişir - VİDEO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.