İqtisadiyyat

187 min azərbaycanlı, 3 min erməni... - Statistika açıqlandı

31 May 2017 13:59
1 Şərh     Baxış: 2 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2017-ci ildə bu ölkəyə gələn turistlərin statistikasını açıqlayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, cari il ərzində Türkiyəyə 89 ölkədən turist gəlib. 

Türkiyəyə bu müddət ərzində ən çox Gürcüstan ( 639493), İran (614566), Almaniya (565565), Bolqarıstan (472484), Rusiya (319904), İngiltərə (208413), Azərbaycan (187013), İraq (178190), Ukrayna (158944), Yunanıstandan (156749) səfərlər olub. 

Turistlərin sayında ötən illə müqayisədə artım var. Belə ki, 2016-ci ildə Azərbaycadan Türkiyəyə 138678 turist getmişdisə, hazırda bu rəqəm 187013-dür. 

Bundna əlavə Türkiyəyə ən az turist İslandiyadan (566) gəlib. Ötən il isə bu rəqəm 677 olub.

Təəccüblü görünsə də, Türkiyəyə istirahət üçün üz tutanlar arasında ermənilər də var. 2017-ci ilin ötən dövrü ərzində Ermənistandan 3281 turist Türkiyiyə gedib. 2016-ci ildə isə bu rəqəm 2396 olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.