İqtisadiyyat

Neftimiz ucuzlaşıb

26 May 2017 22:17
2 Şərh     Baxış: 2 418

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 53,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,99 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 25-də 53,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 25-də 50,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 25-də 52,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    SEVA TOVUZ · 27 May 00:1100

    Gecen xeyir Aleks...internet olmadigindan gire bilmirdim...xeber etmek istedim...her seyi yazarsan oxuyacam cavablandiracam...helelik gecen xeyre

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 27 May 20:1600

    Axşamın xeyir.aradığına görə minnətdaram.bir saat olar evdəyəm hələ indi baxıram səhifəyə.səbəbi həm orucam həm də yorğunluq.indicə 2yerə iftara çağırdılar Allah qəbul eləsin dedim.evdə iftar edəcəm.son hadisələr məni yaman sıxıb.hətta çəkimdədə azalma görünür.çəkini düzəltmək olar təki anam sağalsın.başını tomoqtafiya elətdirdim.skoruynan nasılkada apardım.125azn.nəticə sevindiricidi.insult beynin şah damarını vurmayıb.müalicələrdə irəliləyiş var.şəkəri təzyiqi normadadı.güclü nəzarət olunur.şükür ilahidən anamı mənə qaytardı.....şükürlər....2günnən sonra müalicənin davamını yazacaqlar.ya sistem davam edəcək yadakı masaj tok.sizdə nə var nə yox?nə işlə məşqulsan?biznesin axırı nə oldu?hamsını yaz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.