İqtisadiyyat

"Azərbaycan Ticarət Evinin fəaliyyəti Belarusla ticarəti balanslaşdırmağa imkan verəcək"

26 May 2017 18:58
0 Şərh     Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Minskdə Ticarət Evinin fəaliyyəti Azərbaycana Belarusla ticarəti balanslaşdırmağa imkan verəcək".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey deyib.

Azərbaycan Ticarət Evinin açılış mərasimində iştirak edən nazir qeyd edib ki, bu, Belarusa Azərbaycandan tələb olunan məhsulları - meyvə, tərəvəz və təbii şirələri - vasitəçilər olmadan birbaşa almağa imkan verəcək.

V.Makey xatırladıb ki, bu, Azərbaycanın xaricdə açılan ilk Ticarət Evidir.

Nazir bildirib ki, Azərbaycan məhsullarının Belarus bazarına çıxması gələcəkdə Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə də çıxış imkanı verəcək.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.