İqtisadiyyat

Bakıda Avstraliya-Azərbaycan biznes-forumunun keçirilməsi planlaşdırılır - FOTO

26 May 2017 18:17
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Pert şəhərində Azərbaycanın iqtisadi və investisiya imkanlarının təqdimatı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir avstraliyalı sahibkarlar üçün Azərbaycanın fəxri konsulluğu tərəfindən təşkil olunub.

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva son illər Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafdan, respublikada həyata keçirilən layihələrdən və ölkəmizin investisiyalar üçün cəlbediciliyindən danışıb. Xüsusilə enerji resurslarının istehsalı layihələrinin həyata keçirilməsi və "Cənub Qaz Dəhlizi" layihəsi, nəqliyyat layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu haqqında məlumatlar təqdim edilib. Qeyd olunub ki, ölkənin əsas prioritetləri arasında iqtisadiyyatın qeyri-neft sektorunun, kənd təsərrüfatının və ixracatyönümlü məhsul istehsalının inkişafı yer alıb.

Azərbaycan-Avstraliya dostluq cəmiyyətinin prezidenti Con Hammond müasir Azərbaycan haqqında, onun multukulturalizm və tolerantlıq dəyərləri haqqında məlumat verib. O qeyd edib ki, bu gün Azərbaycan müasir dünyanın problemlərinin müzakirə olunduğu mərkəzə çevrilir. Bundan başqa elan olunub ki, bu ilin oktyabr ayında Bakıda Avstraliya-Azərbaycan biznes-forumunun keçirilməsi planlaşdırılır.

Görüşdə Avstraliyanın kənd təsərrüfatı, süd məmulatları istehsalı, heyvandarlıq sahələrində bizneslə məşğul olan şirkətlərinin, eləcə də neft-qaz, nəqliyyat və turizm şirkətlərinin 60-dan çox nümayəndəsi iştirak edib.

İqtisadi potensialın təqdimatı böyük marağa səbəb olub və iştirakçıların böyük hissəsi Bakıdakı biznes-forumda da iştirak etmək arzusunda olduğunu ifadə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.