İqtisadiyyat

Apreldə Azərbaycana gələn turist sayı AÇIQLANDI

24 May 2017 11:21
0 Şərh     Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda təşkil olunmuş Şopinq festivalın yekunlarına həsr olunan tədbir keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosunun məlumatında bildirilib ki, aprel ayında ölkəmizə 187577 turist daxil olub. 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 23 faiz artım var. Mayın ilik on günündə isə 70776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım olub. İlk festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub. 

Festivalın "Tax Free" sistemin çərçivəsində 23, 242 ədəd hesab faktura verilib.
 
Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb. Festival aylığı ərzində alıcılar 30-70 faiz arası endirimlərdən və satış kompaniyalarından faydalanıblar. Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və akssesuarlar mağazalarda 15 faizədək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46 faizədək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda 200 faizədək satış həcminin artması qeydə alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.