İqtisadiyyat

"Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildən tez özəlləşdirilməyəcək" - Nazir

23 May 2017 23:28
1 Şərh     Baxış: 2 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səhmləri dövlətə məxsus olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) tezliklə özəlləşdiriləcək. Lakin bu proses 2018-ci ildən tez baş verməyəcək".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABB-nin xarici öhdəliklərinin reztrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan maliyyə naziri Samir Şərifov bildirib.
 
Nazirin sözlərinə görəş bank ilk növbədə balans göstəricilərini "səhmana salmalıdır". "Real olaraq özəlləşdirilmə prosesi 2018-ci ildən tez baş tutmayacaq", - deyə o bildirib.
 
Qeyd edək ki, ABB-də dövlətə məxsus səhmlər 91,3%-ə (Maliyyə Nazirliyi - 76,7%, Aqrarkredit - 14,6%) çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.