İqtisadiyyat

PROQNOZ - Dollar zəifləyəcək

22 May 2017 23:04
3 Şərh     Baxış: 6 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın iqtisadi siyasəti dolların zəifləməsinə gətirib çıxaracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə rusiyalı makroiqtisadiyyat analitiklərinin proqnozunda deyilir.

Qeyd olunur ki, prezidentin iqtisadi təşəbbüslərinin perspektivləri sual doğurur.

D.Tramp infrastrukturun inkişafı və tikintiyə bir trilyon dollar ayıracağını planlaşdırsa da, daha sonra məlum olub ki, bu məbləğ 10 il ərzində təqdim olunacaq.

Ekspertlərin fikrincə, investisiyalar və ölkədəki iqtisadi inkişaf D.Trampın siyasətindən zərər çəkəcək. Proqnoza görə, ABŞ milli valyutasının yeni prezidentin həyata keçirəcəyi iqtisadi siyasət nəticəsində zəifləməsi mümkün ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.