İqtisadiyyat

Minik avtomobillərinin dövlət qeydiyyatına dair yeni prosedur qüvvəyə mindi

18 May 2017 22:21
1 Şərh     Baxış: 2 589

Minik avtomobillərinin dövlət qeydiyyatına dair yeni prosedur qüvvəyə mindi Bölmə : CəmiyyətYayım tarixi : Bu gün [19:46]Baxılıb : 12549 dəfə
Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı proseduru dəyişib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 18 may 2017-ci il tarixli sərəncamı ilə qüvvəyə minən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunda əksini tapıb.
 
Bununla əlaqədar qanuna yeni maddə əlavə edilib. Beləliklə, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək. Eyni zamanda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsinin hansı hallarda texniki baxışdan keçirilməyəcəyi də müəyyənləşdirilib. Bu zaman Azərbaycana ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxt əsas götürüləcək. Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşqularının və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatına alınan zaman texniki baxışdan keçirilməyəcək.
 
İstehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə - ildə bir dəfə nəfərdə tutulmuş müddətdə vaxtda texniki baxışdan keçirilmişdirsə, bu halda da nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan zaman texniki baxışdan keçirilməyəcək.  
Sosial səhifələrdə paylaş
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ... · 19 May 12:50100

    ... Sürücülük vəsiqəsinin verilməsi kimi, Avtomobillərin Təkrar Qeydiyyatını da ASAN xidmətə versəydilər, camaatın canı qurtarardı bu işdən...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.