İqtisadiyyat

Trampa görə milyardlar itirdilər - Zukerberq, Geyts, Bezos...

20 May 2017 08:51
0 Şərh     Baxış: 924

Dünyanın ən zəngin 500 adamı (Top-500) ABŞ-da prezident Donald Tramp ətrafındakı siyasi qalmaqalla əlaqədar 35 milyard dollar itirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
 
ABŞ fond birjalarında indekslər son 8 ayın ən aşağı səviyyəsinə düşüb. Texnoloji sahədə fəaliyyət göstərən şirkətlərdən "Microsoft"un səhmlərinin dəyəri 2,8% azalıb, korporasiyanın rəhbəri Bill Geyts 1 milyard dollar itirib. "Amazon"un səhmləri 2,2% ucuzlaşıb, şirkətin yaradıcısı Ceff Bezos 1,7 milyard dollar itirib.  

"Top-500"də ən çox pul itirən "Facebook"un qurucusu Mark Zukerberq olub. Sosial şəbəkənin səhmləri 3,3% ucuzlaşıb, nəticədə Zukerberq 2 milyard dollar itkiyə məruz qalıb.
 
Valyuta analitiki Li Hardmanın fikrincə, indekslərin düşməsi onu göstərir ki, Tramp administrasiyası ABŞ-da ciddi iqtisadi artımı təmin edə bilməyəcək.
 
ABŞ fond birjalarındakı vəziyyət Avropa və Asiya indekslərinə də mənfi təsir edib.
 
Qeyd edək ki, Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FBİ) rəhbəri Ceyms Komini vəzifədən uzaqlaşdırdıqdan sonra ABŞ-da ciddi qalmaqal başlayıb. "The New York Times" yazıb ki, D. Tramp fevral ayında C. Komi ilə görüşündə ondan prezidentin mili təhlükəsizlik üzrə müşaviri Maykl Flinn barədə təhqiqatı dayandırmasını istəyib. Bu isə ədalət mühakiməsinə müdaxilə deməkdir və ABŞ qanunvericiliyinə görə cinayət sayılır. Qalmaqalın dərinləşməsindən sonra ABŞ ədliyyə nazirinin (baş prokurorun) müavini Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini və Trampın Rusiya ilə əlaqələrini araşdırmaq üçün xüsusi prokuror təyin edib. Bu vəzifəyə təyin olunan FBİ-ın sabiq rəhbəri Robert Müller hər hansı vəzifəli şəxsə və dövlət orqanına tabe olmadan müstəqil şəkildə təhqiqat aparacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.