İqtisadiyyat

Enerji bazarında inqilab: yanar buz çıxarıldı - VİDEO - FOTO

18 May 2017 14:34
0 Şərh     Baxış: 2 561

Çinli neftçilər dünyada ilk dəfə olaraq "yanar buz" adlanan təbii qaz hidratını əldə ediblər. "Yanar buz" Cənubi Çin dənizində çıxarılıb.

Milli.Az Çinin Mərkəzi Dövlət Televiziyasının (CCTV) saytına istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının Torpaq və Təbii Ehtiyatlar Nazirliyi rəsmi açıqlama yayıb.

"Bu, bir qədər əvvəl ABŞ-da yaşanmış "şist inqilabı" kimi çox ciddi, böyük hadisədir. Sonucda enerjidən istifadə metodları köklü şəkildə dəyişəcək", - nazirliyin Geoloji Tədqiqatlar İdarəsinin rəis müavini Li Szinfa deyib.

Onun sözlərinə görə, təbii qaz hidratının hasil edilməsinin nəzəri bazası və texnologiyaları baxımdan bütün dünya ölkələrini qabaqlayan Çin indi lider mövqe tutub.

Cənubi Çin dənizində "yanar buz" 1," kiloqmetr dərinlikdən çıxarılıb. 200 metrlik sualtı qazma quyusu isə Honkonqdan 285 km cənub-şərqdə olub.

8 günlük fəaliyyət nəticəsində 120 kubmetr "yanar buz" çıxarılıb. Bu "yanar buz"da metanın miqdarı 99,5 faizdir.

1 kubmetr təbii qaz hidratı 160 kubmetr təbii qaza bərabərdir.

"Yanar buz" hasilatı ilə bağlı işləri Yaponiya da aparır. Yaponiyanın JOGMEC (Japan Oil, Gas and Metals National Corporation)  korporasiyası 2013-cü ilin martında Asumi yarımadasının yaxınlığında "yanar buz"dan metan əldə etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.