İqtisadiyyat

Rövnəq Abdullayev Özbəkistanda səfərdə olub - FOTO

18 May 2017 08:38
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Özbəkistanda Neft və Qaz-OGU 2017" XXI Beynəlxalq sərgi və konfransında iştirak etmək üçün Daşkənddə olub.

SOCAR-dan Milli.Az-a verilən məlumata görə, o, sərginin açılış mərasimində iştirak edib, SOCAR-ın sərgidə nümayiş etdirilən ekspozisiyası ilə tanış olub, burada aparıcı neft şirkətlərinin rəsmi şəxsləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Özbəkistanda Neft və Qaz-OGU 2017" Beynəlxalq konfransında məruzə ilə çıxış edib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji strategiyası çərçivəsində icra olunan regional və qlobal əhəmiyyətli layihələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verən Rövnəq Abdullayev ölkəmizin beynəlxalq enerji təhlükəsizliyində rolunu vurğulayıb.

Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüş keçirib. Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycanda, Özbəkistanda və üçüncü ölkələrdə birgə neft-qaz əməliyyatlarının aparılması məsələləri müzakirə olunub.

Özbəkistana səfər çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Özbəkneftqaz" şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanovla görüşüb və iki şirkət arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.