İqtisadiyyat

İranın Azərbaycandakı pulları qaytarılacaq

17 May 2017 12:52
0 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Milli Bankının Bakı filialının ləğvetmə prosesində olan "Texnikabank", "Atrabank" və "Zaminbank"da yerləşdirilən depozitləri hələlik qaytarılmayıb.

Milli.Az xəbər verir ki, bunu APA-ya  açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, filialın ləğvetmə prosesində olan bu banklardakı depozitləri təminatlı kreditlərdir. Bunu əsas gətirən A.Cavadov əlavə edib ki, ləğvetmə prosesində olan bu 3 bankın "Bank Melli İran Baku" qarşısında öhdəliyinin yerinə yetirilməsində heç bir problem olmayacaq: "Söhbət təminatlı kreditlərdən gedir. Bunlar təminatlı kredit olduğuna görə, vəsaitlər qaytarılacaq. "Bank Melli İran Baku"nun bu banklarda yerləşdirdiyi depozitlər girovla təmin edilib. Buna görə də bu girovlar satılaraq "Bank Melli İran Bakı filialı"nın vəsaitləri geri qaytarılacaq".

Xatırladaq ki, bundan öncə İran Milli Bankının Bakı filialının bağlanan banklardakı depozitlərinin məbləği açıqlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.