İqtisadiyyat

Beynəlxalq Bankın parçalanması prosesi Rusiya və Gürcüstandakı törəmələrinə aid olmayacaq

15 May 2017 13:32
0 Şərh     Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası prosesi ABB-nin törəmə müəssisələri olan "ABB-Moskva" və "ABB-Gürcüstan"nın fəaliyyətinə aid olmayacaq.

Milli.Az xəbər verir ki, bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, adıçəkilən törəmə müəssisələr xarici öhdəliklərə malik deyil. Bu banklar Rusiya və Gürcüstan dövlətlərindən alınmış müvafiq lisenziya əsasında həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bu ölkələrin mərkəzi banklarının qəbul etdiyi bütün normativlərə əməl edir. Hər iki törəmə bankın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın mərkəzi banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır.
 
Hazırda həm "ABB-Moskva", həm də "ABB-Gürcüstan" universal bank olaraq bu ölkələrin ən aparıcı maliyyə-kredit təşkilatı sırasına daxildir. 2016-cı ilin oktyabrında "Moody's" beynəlxalq reytinq agentliyi "ABB-Moskva"nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "V3" səviyyəsindən "V2" səviyyəsinə qədər artırıb. Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) "b3"dən "b2" pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də əvvəlki "B-2" deyil, daha yüksək - "B-1" səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.
 
Həm "ABB-Moskva", həm də "ABB-Gürcüstan" hazırda müştərilər qarşısındakı öhdəliklərini uğurla yerinə yetirir. Rusiya və Gürcüstanın maliyyə bazarındakı uzunmüddətli işgüzar nüfuzunu qoruyub saxlayır. Fəaliyyətinin müasir tələbələrə uyğun qurulması üçün strateji inkişaf planına uyğun müvafiq tədbirləri davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.