İqtisadiyyat

Kapital Bank-ın Visa kartları ilə "Qazandıran xərclər"

1 May 2017 14:45
Baxış: 2 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank-ın Visa kart sahibləri "Qazandıran xərclər" adlı lotereyada iştirak edə bilərlər. Şərtlərə görə ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 1 AZN ödəniş edən müştərilər, qəbzin üzərindəki 6 rəqəmli avtorizə şifrəsini www.kapitalbank.az/visa-campaign saytında olan müvafiq bölmədə qeydiyyatdan keçirərək, lotereyada iştirak edə bilərlər.

30 iyun 2017-ci il tarixinədək davam edəcək lotereyada hər gün 5 nəfər müştərinin hər biri 50 AZN məbləğində vəsait qazanacaq. Lotereyanın sonuncu tirajında isə 1 müştəri 1000 AZN qazana biləcək.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.