İqtisadiyyat

Azərbaycanda bank hesablarının açılması qaydaları dəyişdiriləcək

29 Aprel 2017 22:36
2 Şərh     Baxış: 2 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bank hesablarının açılması ilə əlaqədar yeni qaydalar hazırlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, bu qaydalar artıq müzakirə üçün Azərbaycan Banklar Assosiasiyasına göndərilib.

Aslanlı qeyd edib ki, dünya təcrübəsində hesabların açılmasında çoxlu suallar verilir. Məsələn, hesaba daxilolmaların orta həcminin nə qədər olacağı, hansı ölkələrdən olacağı, hesab açan şəxsin fəaliyyət növü və sairə.

"Bu gün 8 Azərbaycan bankının xarici banklarda hesabları bağlıdır. Onlar bizim bankların müxbir hesablarını, müştərilərin unifikasiyası üzrə tələblər beynəlxalq tələblərə cavab vermədiyinə görə, bağlayırlar", - Aslanlı deyib.

Palatanın nümayəndəsi qeyd edib ki, bununla əlaqədar bir neçə Avropa banklarının nümayəndələri gələn həftə Bakıda olacaqlar.

Ümumiyyətlə isə, Aslanlı bildirdi ki, yaxın zamanlarda hazırda Azərbaycan Banklar Assosiasiyasında müzakirə olunan bank sektoru ilə bağlı 45 müxtəlif qaydalar qəbul olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.