İqtisadiyyat

Turistlərlə Azərbaycana gələn bələdçilər üçün YENİ ŞƏRT qoyula bilər

27 Aprel 2017 21:36
0 Şərh     Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana səfər edən turistlərin özləri ilə əcnəbi bələdçi gətirməsinin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişiklik etmək olar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, hazırda əsasən ərəb turistləri Azərbaycana gəldikdə özləri ilə bələdçi gətirirlər:

"Əcnəbilərlə bələdçilərin gəlməsi halları axın formasında deyil. Amma müəyyən zamanlarda bu hallar müşahidə edilir. Bu bələdçilər bəlkə də turistlərə abidələrimiz, tarixi yerlərimiz haqqında düzgün olmayan, fərqli məlumat verirlər?! Ona görə də qanunvericlikdə qeyd olunmalıdır ki, bələdçilər akkreditasiyadan keçib kart aldıqdan sonra bələdçilik edə bilərlər. Əgər bələdçinin akkreditasiya kartı yoxdursa, onun bələdçilik etməyə səlahiyyəti yoxdur".

A.İsmiyev bildirib ki, hazırda Azərbaycanda bələdçi kimi fəaliyyət göstərmək istəyən şəxslərin hamısı Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən akkreditasiyadan keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.