İqtisadiyyat

Azərbaycanda ət ucuzlaşdı - VİDEO

22 Aprel 2017 21:16
25 Şərh     Baxış: 7 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12 manata qədər bahalaşmış dana ətinin qiyməti düşür. Müxtəlif yerlərdə fərqli qiymətlər olsa da, ümumilikdə ətin qiyməti 1 manat, 1 manat 50 qəpiyə qədər ucuzlaşıb. Qəssablar yaxın vaxtlarda qiymətin daha da ucuzlaşacağını deyir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qoyun və quzu əti də 1 manat ucuzlaşıb. Bunun bir neçə səbəbi var. Əvvəla örüşlər cücərdiyindən artıq heyvanlar yem yemir, bu da heyvan sahibini yem xərcindən azad edir. Üstəlik, heyvan bazarında bolluq var.
Ətlik heyvanlar daha çox Ağcabədi, Bərdə, Beyləqan, İmişli rayonlarından gətirilir. Heyvanın paytaxta qədər gəlib çıxması, həmçinin yol xərcləri nəzərə alındıqda ətin bir kilosu qəssablar üçün təxminən 9 manata başa gəlir.
Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Azərbaycanda il ərzində 300 min ton ət istehsal olunur ki, bu da təlabatın 90 faizini ödəyir. Qalan 10 % isə xarici ölkələrin hesabına ödənilir. Qəssablar deyir ki, dolların bahalaşmasına görə xaricdən gətirilən heyvanlar son vaxtlarda azalıb. Dollar ucuzlaşarsa ordan gətirilən heyvanlar da ətin daha da ucuzlaşmasına səbəb olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda ət ucuzlaşdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.