İqtisadiyyat

Azər Türk Bank birinci rübü mənfəətlə başa vurdu

19 Aprel 2017 13:00
Baxış: 1 353

Azər Türk Bankın mətbuat xidməti bildirir ki, 31 mart 2017-ci il tarixinə Bankın aktivləri 291 468 min manat səviyyəsində olmuşdur. Kredit portfelinin həcmi 139,8 milyon manat təşkil etmişdir. Bankın məcmu kapitalı, tutulmalardan sonra, 54 776 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 30,87 faiz səviyyəsindədir.

Bank aktivlərinin səmərəliliyini əks etdirən ROA əmsalı 1,10 faiz, kapitalın gəlirliliyi (ROE) 7,24 faiz təşkil etmişdir.

Ümumi gəlirlər 7 milyon 493 min manat, xərclər 6,4 milyon manat təşkil etmiş, bankın xalis mənfəəti 1,064 milyon manatdan çox olmuşdur.

Bankın depozit potfeli 191,9 milyon manat həcmindədir.

Azər Türk Bankın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir.

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.