İqtisadiyyat

Bank of Baku korporativ müştərilərinə yeni əmək haqqı kartlarını təklif edir!

10 Aprel 2017 16:00
Baxış: 1 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank of Baku korporativ müştərilərinin, sahibkar və şirkət rəhbərlərinin əməyini - əməkdaşların aylıq məvacibinin verilməsi prosesini asanlaşdıracaq yeni əmək haqqı kartlarını təklif edir. Bu kartları əldə etməklə, şirkət rəhbərləri həm özlərinə, həm də əməkdaşlarına bir çox üstünlüklər və əlavə imtiyazlar qazandıra bilərlər.

ƏSAS ÜSTÜNLÜKLƏR:

-​ Şirkət mühasiblərinin banka gəlmədən maaşları internet bankinq vasitəsilə hesablara köçürmə imkanı;

-​ Bank of Baku ATM və POS-terminalları, eləcə də Millikart prosessinq mərkəzinə daxil olan bankların ATM-ləri vasitəsilə 0% komissiya ilə nağdlaşdırma;

-​ İstər ölkə daxilində, istərsə də, ölkə xaricində edilən istənilən alış-verişdə 15%-dək BAL qazanma - toplanılan BAL-lar daha sonra yeni alış-verişdə istifadə oluna bilər.

-​ Kart balansının 5 saniyə ərzində artırılması - Bank of Baku-nun cash-in ödəniş terminalları vasitəsilə kart sahibləri balanslarını istədikləri an artırmaq imkanına malikdilər.

Bank of Baku-nun əmək haqqı kartları korporativ müştərilərə aşağıdakı iki növdə təqdim edilir:

-​ Bolkart Gold Salary - rəhbər vəzifəli şəxslərə, baş mühasiblərə və ya onların vəzifələrini icraedən səlahiyyətli nümayəndələrinə;

-​ Bolkart Ailə Salary - digər bütün əməkdaşlara verilir.

Debet funksiyalı olan bu kartlar, sahiblərinə təkcə əmək haqqılarından deyil, eyni zamanda şəxsi vəsaitlərindən də rahat istifadə imkanı yaradır. Yəni, kart sahibləri 24/7 rejimində şəxsi pul vəsaitlərindən istifadə edərək kart balanslarını istədikləri an özləri artıra və ya heç bir komissiya haqqı tutulmadan nağdlaşdırma edə bilərlər.

Yuxarıda qeyd olunan üstünlüklərlə yanaşı, əmək haqqı kartı Bank of Baku-dan olan istənilən şirkətin əməkdaşlarına 3D secure, SMS bankçılıq, SMS məlumatlandırma, həmçinin İnternet Bankçılıq sisteminə qoşulma pulsuz olaraq HƏDİYYƏ edilir.

Kartların buraxılması və 4 illik xidmət haqqı isə sadəcə 8 AZN təşkil edir.

Bank of Baku-nun korporativ müştərilərinə təqdim etdiyi bu və digər xidmət və məhsulları haqqında daha ətraflı məlumatla, Bankın rəsmi internet ünvanındakı korporativ bankçılıq bölməsindən tanış ola bilərsiniz: http://bankofbaku.com/az/corporate/,

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.