İqtisadiyyat

Bakı-Tbilisi-Qars layihəsinin yubanmasının SƏBƏBİ AÇIQLANDI

10 Aprel 2017 14:10
2 Şərh     Baxış: 1 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabına nəzərdə tutulmuş 1 mlrd. 392 mln. 600 min manat vəsaitin 1 mlrd. 29 mln. 800 min manatı (73,9%-i) istifadə olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.

Sənəddə qeyd olunub ki, təqdim olunmuş hesabatlara görə Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 111,5 mln. manat vəsaitə qarşı icra 55,2% səviyyəsində olub: "Layihə üzrə ARDNF-in büdcəsində nəzərdə tutulan vəsaitin 44,8% icra olunmaması il ərzində tikinti ərazisində hava şəraitinin əsasən sərt keçməsi, sahə üzrə relyefin bərk olması və Gürcüstan hökuməti tərəfindən nəzərdə tutulan torpaq sahələri üzrə karxanaların vaxtında ayrılmaması kimi amillərlə əlaqələndirilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.