İqtisadiyyat

Məhkəmələrdə banklarla bağlı 280 min iş var

30 Mart 2017 21:26
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda məhkəmələrdəki 700 min mülki işin 40 faizi banklarla bağlıdır. Bu sözlərlə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı çıxış edib. O problemli kreditlərin artmasına əsas səbəblərdən birinin də məhkəməkələrə verilən işlərin 3-4 il davam etdiyinə görə bankların qayıdan pullardan məhrum olmasını göstərib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri bankların bağlanması zamanı batan əmanətlərin böyük qisminin geri qaytarıldığını, qorunmayan əmanətlərin də qalan qisminin aprel ayından etibarən verilməyə davam edəcəyini deyib. Rüfət Aslanlı onu da vurğulayıb ki, bundan sonra bank bağlandqıda əmanətçilərin pullarını bankın kapitalı hesabına ödəmək mümkün olmadıqda bu vəsaitin ödənişinə birbaşa bank idarəçiləri məsuliyyət daşıyacaq.
Millət vəkili İlham Əliyev isə hazırda bankların bağlanmasına səbəb olan problemli kreditlərin böyük əksəriyyətinin yaranmasına səbəbin bankların özlərinin səriştəsizliyi olduğuna diqqət çəkib.
İclasda Bankların özlərini könüllü olaraq restruksizasiya etmələri qaydaları, eləcə də sistem əhəmiyyətli bankların dövlət vəsaitləri hesabına sağlamlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında təkliflər səsə qoyularaq qəbul edilib və milli məclisin plenar iclasına tövsiyyə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.