İqtisadiyyat

Bakıda 5 min manata ƏDVİYYAT SATILIR - VİDEO

30 Mart 2017 21:19
3 Şərh     Baxış: 4 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha çox yeməklərə xüsusi dad vermək üçün istifadə edilir. Bununla bərabər həmdə bir çox xəstəliklərin müalicəsində də rolları böyükdür. Söhbət ədviyyatlardan gedir. Mağzalarda cürbəcür dada və qiymətə malik ədviyyatlar satılır. Hətta kilosu 5 min manata olan ədviyyatlar belə var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ariana, kalyandra, kori, xmeli-suneli. Bunlar hər hansısa bir termin yox satışda olan ədviyyatlardır. Satıcıların sözlərinə görə adları qəribə olsada,amma ən çox tələb olunan ədviyyatlar sırasındadırlar. Kori tərkibinin zənginliyi ilə seçilir və daha çox ət yeməklərində istifadə edilirlər
Ədviyyatlar daha çox Türkiyə, İran və Hindistandan gətirilir. Bu ədviyyat isə kətan toxumudur. Kilosu 8-10 manat arasında dəyişən bu məhsula son zamanlar maraq artıb.
Ədviyyatların əksəriyyəti daha çox xaricdən gətirilsədə,amma yerli istehsal olanlar da var. Bilgəh Zəfəranı keyfiyyəti ilə yanaşı qiymətinə görədə digər ədviyyatlardan fərqlənir. Kilosu təxminən 4-5min manata başa gəlir. Bir çox xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan keçi buynuzunun qiyməti isə 14 manatdan təklif edilir. Ümumiyyətlə isə bazarda ən çox satılan ədviyyatlara istiot, mixək və sarıkökdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 5 min manata ƏDVİYYAT SATILIR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.