İqtisadiyyat

Azərbaycan Rusiyaya şərab ixracını artıra bilər

30 Mart 2017 14:00
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın zamanlarda Azərbaycan Sankt-Peterburqa şərab ixracına başlaya bilər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi yerli məhsulda maraqlı olan Sankt-Peterburq şirkəti ilə əlaqə yaradıb. O, ixracla bağlı danışıqların aprel ayında başlaya biləcəyini bildirib.

E.Mədətov vurğulayıb ki, 2017-ci ilin birinci rübündə şərab ixracı ötən ilin eyni dövrü ilə müqayisədə yüksək olacaq: "Bu ilin əvvəlində ötən ildən fərqli olaraq sifarişlərin sayı artıb".

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan şərabının əsas ixrac bazarı Rusiya və Çindir: "Biz indi həmçinin, Belarus və Litvaya şərab tədarük edirik və Avropa, Afrika və Şimali Amerika bazarlarına da yönəlmək niyyətindəyik".

Qeyd edək ki, Azərbaycan şərabları "Made in Azerbaijan" brendi ilə xaricdə satışa çıxarılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.