İqtisadiyyat

Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon

28 Mart 2017 21:44
1 Şərh     Baxış: 3 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qeydə alınan ən bahalı yaşayış evinin qiyməti 3.3 milyon manatdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, həmin yaşayış evi Nərimanov rayonu ərazisində yerləşir. Onun sözlərinə görə, hazırda belə bahalı evlərin alıcısı yoxdur: "Çünki insanlar o qədər pulu daha səmərəli sahələrə sərf etməyi üstün tuturlar. Demək olar ki, son 7-8 ayda elə evlər satış predmeti olmayıb. Bu gün 2, 2.3 milyon manat və daha baha qiymətə yaşayış evləri satışa çıxarılır, ancaq uzun müddətdir ki, o evlərlə maraqlanan yoxdur".

Baha qiymətə satışa çıxarılan torpaq sahələrinə gəlincə isə N.İbrahimov bildirib ki, təmsil etdiyi qurum tərəfindən qeydə alınan ən bahalı ərazinin bir sotunun dəyəri 280 min manatdır. O qeyd edib ki, həmin torpaq sahəsi Nərimanov rayonunda yerləşir.

N.İbrahimov əlavə edib ki, bu gün Bakıda bir sotunun dəyəri bir milyon manata qədər olan torpaq sahələri də mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.