İqtisadiyyat

Nazir: "Bakı-Tbilisi-Qars qərblə şərqi birbaşa bağlayacaq"

25 Mart 2017 15:34
Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Tbilisi-Qars qərblə şərq arasında dəmir yolu dəhlizini birbaşa bağlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Uludağ iqtisadi sammitində bildirib.

Nazir qeyd edib ki, iyun ayında layihənin inşası başa çatacaq: "Ədirnədən Qarsa, yəni Avropadan Asiyaya gedən birbaşa yük qatarının olması üçün İstanbulda iki qitəni dənizin altında birləşdirən Mərmərə layihəsini həyata keçirdik.

Bu layihə Avropanı Qarsa qədər birbaşa birləşdirdi, amma Londondan gələn yükün Orta Asiyaya birbaşa gedə bilməsi üçün Bakı-Tbilisi-Qars layihəsini həyata keçirməyə başladıq. İyun ayında bu layihənin inşası başa çatacaq. Bununla da dəmir yolu dəhlizini şərq və qərb arasında birbaşa bağladıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.