İqtisadiyyat

OVS brendindən açıqlama - FOTO

24 Mart 2017 00:03
Baxış: 5 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OVS təmsilçisi olaraq KİV - də haqqımızda yayınlanan xoşagəlməz məlumat ilə bağlı narahatlığımızı bildirir və duruma aydınlıq gətirmək istəyirik.

Qeyd edək ki, OVS "Gruppo Coin"a məxsus İtaliya brendidir, Azərbaycanda paytaxtın "Park Bulvar", "Gənclik Mall" eləcə də Gəncə şəhərində "Xəmsə Park" Ticarət Mərkəzlərində təmsil olunmaqdadır.

OVS brendinin hazırki təqdim etdiyi kolleksiya üç ölkədə - Banqladeş, Çin və İtaliyada istehsal olunmuşdur. (məhsulların mənşəy sertifikatı aşağıda göstərilib)

Mövcud vəziyyəti araşdıraraq aydınlaşdırılıb ki, KİV-də haqqında bəhs edilən hazırki məhsullar sertifikatda göstərildiyi kimi Banqladeşdə istehsal olunub (foto təqdim olunur). Təkrar yoxlama zamanı müəyyən edilib ki, mağazalardakı məhsullarımızın arasında "Made in Armenia" etiketli məhsul yoxdur. Əksinə bütün məhsulların etiketləri "Made in Banqladesh" yazılı etiketləridir.

Məhsulun mənşə sertifikatı və invoys və kodu buna sübutdur.

OVS brendinin İtaliyadakı baş ofisinə göndərilən ilkin sorğuya cavab olaraq bizə bildirilib ki, şirkətin Ermənistan ərazisində məhsul istehsalı yoxdur. Bu informasiyanı təsdiq etmək üçün OVS-dan rəsmi məktub tələb olunub. Rəsmi məktubu tezliklə ictimaiyyətə təqdim edəcəyik.

Qeyd etmək istərdik ki, KİV-də yayılan informasiya texniki səhv və ya təxribat və s. məqsədi ilə də yayıla bilər.

OVS təmsilçisi olaraq bildirmək istərdik ki, heç bir halda Azərbaycan istehlakçısının gəliri birbaşa və ya dolayısı ilə Ermənistan Respublikasına daxil olmasına imkan vermərik.

Faktın daha ətraflı araşdırılması məqsədilə həmin etiket və mağazanın rəsmi çekinə sahib olan müştərilərimizdən xahiş edirik ki, mağazamızla əlaqə saxlasınlar.

Bundan əlavə, KIV təmsilçilərinə müraciətimiz budur ki, hər hansı informasiyanı yaymazdan əvvəl onun həqiqiliyini araşdırsınlar.

Yaranmış bütün suallarla bağlı mağazamızın inzibati rəhbərliyinə müraciət etmənizi xahiş edirik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.